Fəaliyyətimiz haqqında

“Upstream-midstream-downstream” neft və qaz zəncirindən əldə edilən ümumi mənfəəti maksimuma çatdırmaq və Azərbaycanda ən qabaqcıl standartlara cavab verən emal sənayesi yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti GPC Layihəsinin hazırlıq mərhələsi çərçivəsində işlərə başlamışdır.

20 sentyabr 1994-cü ildə Əsrin Müqaviləsinə imza çəkməklə Ümummilli lider Heydər Əliyev Azərbaycanda yeni neft strategiyasının əsasını qoydu. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti müxtəlif ölkələri təmsil edən neft-qaz şirkətləri ilə əməkdaşlıq edərək dünya miqyaslı bir neft-qaz korporasiyasına çevrildi. Əvvəlki dövrlərdə görülmüş tədbirlər sayəsində “upstream” və “midstream” mərhələlərində əldə edilmiş inkişaf “downstream” fazasının da inkişaf etdirilməsi zərurətini gündəmə gətirdi.

GPC Layihəsinin ümdə məqsədi ölkədəki son istifadəçilərin təmizlənmiş təbii qazla təmin olunmasından və yüksək gəlir gətirən polimer istehsalının təşkil edilməsindən ibarətdir.

SOCAR şirkətinin həyata keçirəcəyi GPC Layihəsi çərçivəsində Bakıdan 15 km cənubda yerləşən Qaradağ rayonunun ərazisində qaz emalı zavodu və neft-kimya kompleksi inşa ediləcək.

Bu layihə nə üçün zəruridir:

  • Əhalinin və sənayenin təmizlənmiş təbii qaza olan tələbatı artır;
  • Ölkənin enerji təhlükəsizliyi qısa müddət ərzində təmin edilməlidir;
  • Mövcud qaz emalı zavodu Avropa standartlarının tələblərinə cavab vermir;
  • Neft-kimya sektorunun inkişafı prosesində tələb olunan xammalı yeni qaz emalı zavodu təklif edəcək.

Əməkdaşlıq

Qeyd edilən tələblərə cavab vermək üçün SOCAR maliyyə, hüquq, texnoloji, mühəndislik, tikinti, ətraf mühit məsələləri ilə məşğul olan dünyanın ən nüfuzlu şirkətləri ilə əməkdaşlıq edərək bu Layihənin konsepsiyasını işləyib hazırlamışdır.