XƏBƏRLƏR

Çində “SOCAR GPC” layihəsi üzrə xidmət müqaviləsi imzalandı

15 May 2017-ci il tarixində Pekin şəhərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Çin Milli Neft və Qaz Korporasiyası (CNPC) arasında “SOCAR GPC” layihəsi çərçivəsində Bakının Qaradağ rayonunda inşa ediləcək Qaz emalı zavodu və Neft-kimya kompleksinin ilkin işçi layihəsinin işlənib hazırlanması haqqında xidmət müqaviləsi imzalandı.

Həmin müqavilə “Bir kəmər, bir yol” beynəlxalq forumu zamanı imzalandı. Müqavilə “SOCAR GPC” layihəsi çərçivəsində ilkin işçi layihənin işlənib hazırlanması məqsədi ilə HQC (CNPC-nin törəmə şirkəti) və “Technip İtaly” şirkətləri tərəfindən göstəriləcək xidmətlərin idarə olunması üçün nəzərdə tutulmuşdur. İmzalama mərasimində SOCAR-ın Prezidenti Rövnəq Abdullayev və CNPC-nin Sədri Vanq Yilin iştirak etdilər.